Zukerberq ömrünün qalan hissəsini həbsdə keçirə bilər - Tramp hədələdi
29 Avqust 2024 13:09 Dünya"Meta" şirkəti ABŞ-də prezident seçkisində Donald Trampa qarşı sui-qəsd hazırlayarsa, Mark Zukerberq ömrünün qalan hissəsini həbsdə keçirə bilər.
Olaylar xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti bildirib.
"Əgər o bu dəfə qeyri-qanuni bir iş görsə, ömrünün qalan hissəsini həbsxanada keçirəcək - 2024-cü il prezident seçkisində saxtakarlıq etmiş digərləri kimi", - Tramp gələn həftə buraxılması planlaşdırılan kitabında yazıb.
ABŞ prezidentliyinə namizəd Zukerberqin 2020-ci il seçkisi zamanı ona qarşı sui-qəsd hazırladığına inanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31