Borrell: Aİ Ukraynaya silah tədarükü üçün altı milyard avronun kilidini aça bilmədi- ÖZƏL

"Avropa Birliyi hələ də İttifaq ölkələrinin Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan altı milyard avro ayıra bilməyib".

Olaylar.az xəbər verir ki, bunu Brüsseldə xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlamazdan əvvəl Avropa diplomatiyasının rəhbəri Xosep Borrell deyib.

Siyasətçi gecikməyə səbəb kimi Avropa İttifaqında bu məsələdə birliyin olmamasını göstərib.

"Bu vəsaitlər artıq hesablardadır, lakin Aİ-yə üzv ölkələrdən biri qərarın qarşısını almaqda davam edir",-deyə Avropa rəsmisi şikayətlənib.

Eyni tədbirdə Josep Borrell bildirib ki, Aİ ölkələri artıq Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynaya hərbi yardıma yönəltməyə başlayıblar. Bu tədarüklər üçün artıq 1,4 milyard avro ayrılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31