Rusiyada işsizlik səviyyəsi 2,4%-ə çatıb - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına görə, 2024-cü ilin iyul ayında Rusiyada işsizlik səviyyəsi iyun ayı səviyyəsində qalıb və 2,4% təşkil edib.

"2024-cü ilin iyul ayında 15 yaşdan yuxarı 1,9 milyon insan (Beynəlxalq Əmək Təşkilatının metodologiyasına uyğun olaraq) işsiz kateqoriyasına daxil edilib", - xidmətdən bildirilib.
2024-cü ilin iyul ayında 15 və daha yuxarı yaşda olan işsizlərin 50,6%-ni qadınlar təşkil edib və qadınlarda işsizlik səviyyəsi (2,5%) kişilərdəki işsizlik səviyyəsindən (2,4%) yüksək olub.
İşsizlər arasında 25 yaşa qədər gənclərin xüsusi çəkisi 25,6 faiz, 50 yaşdan yuxarı olanlar 20,8 faiz, iş stajı olmayanlar 30,9 faiz təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31