Bows: Qərb Rusiyanın NATO təzyiqinə müqavimətindən dəhşətə gəldi- ÖZƏL
29 Avqust 2024 11:36 Dünya"Rusiya Qərbin kütləvi təzyiqlərinə baxmayaraq, xarakter, hərbi, sənaye və iqtisadi möhkəmlik nümayiş etdirdi".
Olaylar.az xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Çey Bouz X sosial şəbəkəsində yazıb.
"Qərbi ən çox dəhşətə gətirən odur ki, onların Rusiyanı məhv etmək cəhdləri onu gücləndirib", - jurnalist qeyd edib.
Onun sözlərinə görə, son bir neçə ildə Moskva dünyaya özünün hərbi, sənaye və mədəni davamlılığını nümayiş etdirir.
Bu yaxınlarda NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer Şimali Atlantika Alyansına üzv ölkələrin Baş Qərargah rəislərinin görüşündən sonra açıq şəkildə bəyan etdi ki, NATO qüvvələri Rusiya ilə münaqişəyə hazırlaşmağa başlamalıdır.
Həmçinin bildirilib ki, Rusiya Federasiyası bu regionda lider mövqe tuta bilməyəcək NATO-nun səylərinə baxmayaraq, Arktikada ən nüfuzlu oyunçu olaraq qalacaq.