Harris hələ də Trampdan öndədir

Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçici dəstəyinə görə hələ də respublikaçı rəqibi Donald Trampı bir qədər qabaqlayır.

Olaylar bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Araşdırmanın nəticələrinə əsasən, bir həftə ərzində fərq 1 faiz azalaraq 2 faiz bəndi təşkil edib. Sorğu iştirakçılarının 47 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazırdır, respondentlərin 45 faizi Trampa üstünlük verir.

Digər 8 faiz isə öz seçimini etmədiyini və ya səs verməyi planlaşdırmadığını bildirib. Bundan əvvəl (9-11 avqust) keçirilən sorğuda Harris Trampı 3 faiz qabaqlayırdı.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin olunub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31