Monqolustanda Rusiya-Monqolustan birgə təlimi başa çatıb - ÖZƏL
29 Avqust 2024 11:21 Dünya"Selenqa 2024" Rusiya-Monqolustan birgə təlimi Monqolustanda başa çatıb.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.
"Monqolustanda "Selenga 2024" beynəlxalq rus-monqol təlimi başa çatıb. Bağlanış mərasimi Çoybalsan şəhəri yaxınlığındakı səhra düşərgəsində keçirilib", - nazirliyin açıqlamasında bildirilir.
Mərasimdə Rusiyanın Şərq Hərbi Dairəsinin komandanı vəzifəsini icra edən general-leytenant Mixail Nosulev və Monqolustan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Sunreviin Qanbyamba iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31