Rusiya Xersonu dronla vurdu: azərbaycanlı ağır yaralandı

Rusiya ordusu Ukraynanın Xerson şəhərinə yenidən dronlarla hücumlar edib.

Olaylar xəbər verir ki, hücum nəticəsində dron zərbələrindən biri yolda hərəkət edən azərbaycanlının avtomobilinin üzərinə düşüb.

Əslən Azərbaycanın Lənkəran şəhərindən olan Cəlil Qafur oğlu Rzayevin avtomobili tamam yanıb, özü isə ağır yaralanıb. Hazırda həmyerlimiz Xerson xəstəxanasında reanimasiyadadır.

Vəziyyəti kritik ağırdır. (Report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31