Ekspert: Durovun Fransada saxlanılması ABŞ-nin sifarişi ola bilər- ÖZƏL
28 Avqust 2024 16:16 DünyaOlaylar.az pravda.ru-ya istinadən xəbər verir ki, rusiyalı proqramçı Pavel Durovun Fransada saxlanılması ilə bağlı müxtəlif versiyalar internetdə yayılmağa başlayıb. "Almaz-Antey" Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Aleksey Podberyozkin ABŞ-nin Durovun həbsində iştirak etdiyini bildirib. O qeyd edib ki, ABŞ Durovu idarə etmək istəyir və bu səbəbdən onun saxlanılması sifariş edilib.
Podberyozkinin fikrincə, Durovun ABŞ-yə təhvil verilməsi və ya həbsxanada uzun müddət saxlanılması ehtimalı böyükdür. O həmçinin vurğulayıb ki, Durovun saxlanılması onun ABŞ-nin xüsusi xidmət orqanlarının nəzarətindən kənarda olması ilə bağlıdır.
Bəzi analitiklər Durovun Fransaya öz istəyi ilə gəlib təslim olduğunu iddia etsələr də, Podberyozkin bu ehtimalı zəif hesab edir.