Şimali Koreya lideri təkmilləşdirilmiş reaktiv yaylım atəşi sisteminin sınaqdan keçirilməsinə nəzarət edir - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, Şimali Koreya lideri Kim Çen In çərşənbə axşamı günü 240 mm-lik MLRS-in sınaq atışlarında iştirak edib.

"Manevr qabiliyyəti və cəmlənmiş atəş qabiliyyəti ilə texniki cəhətdən yenilənmiş MLRS-nin bütün göstəricilərdə, o cümlədən yeni tətbiq olunan istiqamətləndirmə sistemi, idarəolunma qabiliyyəti və dağıdıcı gücdə üstünlük təşkil etdiyi sübuta yetirilib", - Şimalın rəsmi xəbər agentliyi bildirib.
Daha əvvəl dövlət mediası KCNA bildirib ki, bu təkmilləşdirilmiş reaktiv yaylım atəşi sistemləri bu ilin sonunda Koreya Xalq Ordusunda istifadəyə veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31