Fransızlar Durovun telefonunu necə sındırıb? – Şok əməliyyat
28 Avqust 2024 10:18 Dünya2017-ci ildə fransız casusları BƏƏ ilə birlikdə İŞİD-in silahlıları cəlb etmək üçün Teleqramdan istifadə edə biləcəyindən qorxaraq, Pavel Durovun mobil telefonunu sındırmaq üçün əməliyyat keçirib.
Olaylar xəbər verir ki, bu barədə "Uoll Strit Jurnal" mənbələrə istinadla məlumat yayıb."2017-ci ildə, Makronla görüşdən bir il əvvəl fransız casusları Durovu Birləşmiş Ərəb Əmirlikləri ilə birgə əməliyyatda hədəfə aldılar və onun Ayfonu sındırıldı", - məlumatda bildirilib.
Nəşrin məlumatına görə, casus əməliyyatı "Bənövşəyi musiqi" adı almışdı.
Durova yaxın olan mənbənin qəzetə verdiyi məlumata görə, Teleqram illərdir hüquq-mühafizə orqanları tərəfindən verilən çağırış vərəqələrinə və məhkəmə qərarlarına məhəl qoymur. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31