Durovun həbsi Fransaya baha başa gəldi: 17 milyard dollarlıq müqavilə DONDURULDU

"Telegram"ın yaradıcısı Pavel Durovun həbsi ilə əlaqədar Fransa hökuməti xeyli maliyyə itkisi ilə üzləşib.

Bunu almaniyalı iş adamı və fəal Kim Dotkom deyib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Durovun həbsindən qəzəbləndiyini bildirərək, 80 ədəd "Rafale" qırıcısının alınması ilə bağlı 17 milyard dollarlıq müqaviləni dondurub.

K.Dotkom vurğulayıb ki, Pavel Durov BƏƏ vətəndaşıdır və baş nazirin müavini Həmdan Əl Maktumun yaxın dostudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31