“Şimal axını”nın təxribatında şübhəli bilinən şəxs iyulun 6-da Polşanı tərk edib — ÖZƏL
20 Avqust 2024 13:49 DünyaOlaylar.az "Wall Street Journal" mənbələrinə istinadən xəbər verir ki, Almaniya hakimiyyəti tərəfindən "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərini sabotaj etməkdə şübhəli bilinən Ukrayna vətəndaşı iyulun 6-da avtomobillə Polşadan çıxıb və Ukraynaya gedib.
Qəzetin yazdığına görə, Polşa prokurorları onların təhlükəsizlik xidmətinin hələ də işə baxmadığı üçün şübhəli şəxsi həbs edə bilməyəcəklərini bildirəndə Almaniya səlahiyyətliləri "həyəcanlanıb". Yüksək rütbəli Polşa rəsmisi də alman həmkarına deyib ki, təxribatda şübhəli bilinən şəxslər həbs edilməkdənsə, medallarla təltif edilməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31