Aqasandyan: Rusiyaya giriş onun qanunlarına əməl edən digər ölkələrin vətəndaşları üçün açıqdı- ÖZƏL

Rusiya ərazisinə giriş Rusiya dövlətinin qanunlarına riayət etməyə hazır olan digər ölkələrin vətəndaşları üçün açıqdır. 

Olaylar.az xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan deyib.

"Rusiya bizim qanun və qaydalarımıza ciddi şəkildə əməl edən, yerli adət-ənənələrə və mədəniyyətə hörmət edən digər ölkələrin vətəndaşları üçün açıqdır",- deyə o, bildirib.

Aqasandyan aydınlaşdırıb ki, Rusiya ilə MDB ölkələri arasında miqrasiya sahəsində əməkdaşlıq Rusiya Federasiyası üçün prioritet sahədir. O, Rusiya dövlətinin ölkəyə cəlb olunan əmək miqrantlarının sayına görə təşkilatın üzvləri arasında birinci yerdə olduğunu vurğulayıb. Qeyd olunur ki, son bir ildə MDB ölkələrindən doqquz milyondan çox vətəndaş Rusiya Federasiyasının ərazisinə daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31