Rusiya Hərbi Dəniz Qüvvələrinin rəisi Hindistana səfər edir - ÖZƏL
20 Avqust 2024 11:30 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Hindistan Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Aleksandr Moiseyev əməkdaşlığın yeni sahələrini müzakirə etmək üçün Hindistana rəsmi səfər edib.
"Səfər Rusiya və Hindistan donanmaları arasında çoxillik əlaqələrin daha bir sübutudur. Səfərin məqsədi Hindistan və Rusiya arasında ikitərəfli dəniz əlaqələrini gücləndirmək, həmçinin dəniz əməkdaşlığının yeni sahələrini axtarmaqdır", - nazirlik bildirib.
Moiseyev Yeni Dehlidə Hindistan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Dinesh K. Tripathi ilə görüşüb. Nazirlik "dəniz qüvvələri arasında əməkdaşlığın daha da gücləndirilməsi üzrə tədbirləri" müzakirə etdiklərini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31