Gürcüstanın hakim partiyası Saakaşvilinin partiyasını konstitusiyaya zidd elan etməyi planlaşdırır- ÖZƏL

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası qarşıdan gələn parlament seçkilərində qalib gəlsə və konstitusion səs çoxluğu əldə etsə, keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" partiyasını konstitusiyaya zidd elan edəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə siyasi birliyin məlumatında deyilir.

Partiya "siyasi sistemin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi üçün" konstitusiya çoxluğunun əldə edilməsinin zəruriliyini bəyan edir ki, buna Milli Hərəkatın siyasətindən ayrılmadan nail olmaq mümkün deyil.

"Konstitusiya çoxluğunu əldə etdikdən dərhal sonra Vahid Milli Hərəkat və onun bütün peykləri və ya varislərinin konstitusiyaya zidd elan edilməsi ilə nəticələnəcək hüquqi prosesə başlayacağıq", - deyə partiyanın bəyanatında deyilir.

Seçkilər 2024-cü il oktyabrın 26-da keçiriləcək.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bir müddət əvvəl bildirib ki, Saakaşvilinin Milli Hərəkat Partiyası parlament seçkilərində qalib gələrsə, Rusiyaya qarşı ikinci cəbhə açılacaq. Onun sözlərinə görə, respublika "Avrointeqrasiya və başqa hər şeydən geridə qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31