Trampla debatda iştirak etməkdən imtina etdi
20 Avqust 2024 10:07 DünyaRespublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, onun demokrat rəqibi, ABŞ-nin vitse-prezidenti Kamala Harris sentyabrın 4-də "FOX" televiziyasında keçiriləcəyi planlaşdırılan seçki debatında iştirakdan imtina edib.
Olaylar bildirir ki, Tramp bu barədə "Truth social" platformasında yazıb.
"Kamala Harris indicə bizə bildirdi ki, "Fox News" debatında iştirak etməyəcək", - Ağ Evin sabiq rəhbəri vurğulayıb.
Tramp qeyd edib ki, hadisələrin bu cür inkişafı onu təəccübləndirmir. Keçmiş prezident debat əvəzinə eyni tarixdə "Fox News"-da seçicilərin suallarını cavablandıracaq. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31