Blinkenlə Netanyahunun görüşü 3 saat davam etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında Qüdsdə keçirilən danışıqlar təxminən üç saat davam edib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail hökuməti başçısının dəftərxanası məlumat yayıb.

"Görüş başa çatıb, müsbət və yaxşı əhvali-ruhiyyədə keçib", - məlumatda bildirilib.

Dəftərxanadan əlavə ediblər ki, Baş nazir Qəzzada saxlanılan israilli əsrlərin azad edilməsi ilə bağlı ABŞ-ın son təklifinə sadiqliyini bir daha təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31