Co Bayden səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur- ÖZƏL
19 Avqust 2024 16:36 DünyaABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçılar ölkə prezidenti Co Baydeni səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham ediblər.
Olaylar.az xəbər verir ki, bu məlumatı Reuters agentliyi yayıb.
Baydenin impiçmentə məruz qala biləcəyi cinayətlər törətdiyini bildirən hesabat avqustun 19-u bazar ertəsi Respublikaçılar tərəfindən dərc edilib. Nümayəndələr Palatasının üç komitəsinin təqribən 300 səhifəlik hesabatında iddia edilir ki, hazırkı Amerika lideri öz nüfuzundan oğlu Hunter Baydenin Ukrayna, Çin, Rusiya və digər ölkələrdəki tərəfdaşları ilə biznes əlaqələrindən faydalanmaq üçün istifadə edib.
Reuters-in qeyd etdiyi kimi, Baydenin impiçmenti ilə bağlı səsvermənin bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl təyin edilib-edilməyəcəyi hələ aydın deyil. Qeyd olunur ki, yekun qərarı demokratların nəzarətində olan Senat verməlidir. Sonuncu isə öz növbəsində Respublikaçıların təhqiqatını tənqid edərək bildirib ki, onlar Baydenin qanunsuz əməlləri ilə bağlı inandırıcı sübutlar təqdim etməyiblər.