İranlı və iraqlı zəvvarları daşıyan avtobus ağır qəzaya düşdü
19 Avqust 2024 15:09 Dünyaİraqın paytaxtı Bağdadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar xəbər verir ki, paytaxt Bağdadın cənubunda iranlı və iraqlı zəvvarları daşıyan sərnişin avtobusu başqa bir avtobusla toqquşub.
Məlumata görə, yerli vaxtla gecə saat 03:00-da baş verən qəza nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb.
Hələlik ölən və yaralananların adları açıqlanmayıb. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31