ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Britaniya sahillərinə təhlükə siqnalı göndərib- ÖZƏL

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing KC-135R Stratotanker Britaniya sahillərində qəza siqnalı verib. 

Olaylar.az xəbər verir ki, "Flightradar"ın məlumatına görə, ABŞ hərbi-nəqliyyat təyyarəsi öz hava limanına qayıdır.

Bir müddət sonra Amerika hərbi nəqliyyat təyyarəsindən 200 kilometr aralıda Britaniyanın BAe HAWK hücum təyyarəsi tərəfindən fövqəladə vəziyyət barədə "7700" siqnalı göndərilib.

Təyyarə izləmə xidmətinin məlumatına görə, təyyarə bazar ertəsi, avqustun 19-u səhər saatlarında Kral Hərbi Hava Qüvvələrinin hərbi bazasından havaya qalxıb. Lakin bir müddət sonra o, qəza siqnalı verib, bundan sonra uçuş yolunu dəyişərək geri qayıtmağa başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31