Trampa qarşı sui-qəsdin əsl səbəbi: Türkiyə açıqladı

Türkiyəli analitik, Vətən Partiyasının üzvü Orcun Göktürk Amerika Birləşmiş Ştatlarının prezidentliyə namizədi Donald Trampa sui-qəsdin məqsədinin Ukraynadakı münaqişəni uzatmaq olduğunu bildirib.

Olaylar xəbər verir ki, onun fikrincə, bu yolla Respublikaçılar Partiyasının nümayəndələrinə Rusiyaya "mötədil yanaşma"nın mümkünsüzlüyü barədə mesaj göndərilib.

"Noyabrda ABŞ-da keçiriləcək seçkilər Ukrayna münaqişəsinə son qoymaq üçün həlledici olacaq. Trampa sui-qəsddən sonra respublikaçılara mesaj göndərilib. Mesaj belə səslənirdi: "Rusiyaya mümkün mülayim yanaşmaya cavab olaraq həyatınıza qəsd edirik", Göktürk qeyd edib.

Onun sözlərinə görə, sui-qəsd cəhdi Amerikanın "dərin dövləti" tərəfindən təhdidlərin artdığını göstərir. Analitik əlavə edib ki, bu hərəkətlər Ukraynadakı münaqişənin "ömrünü uzatmağa" kömək edəcək. (publika)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31