Goniec: Varşava yaxınlığında sərnişin qatarı avtobusla toqquşub- ÖZƏL

Varşava yaxınlığında sərnişin qatarı ilə avtobus toqquşub. Xəsarət alanlar var. 

Olaylar.az xəbər verir ki, bu barədə "Goniec" nəşri məlumat yayıb. 

Avqustun 19-da səhər saatlarında Varşava ətrafı Komorov şəhərinin Mariya Dabrovski küçəsində mühafizə olunmayan dəmir yolu keçidində qəza baş verib. Hadisəyə şəhərətrafı avtobus və paytaxta doğru hərəkət edən Varşava şəhərətrafı dəmir yolu qatarı iştirak edib.

İlkin məlumatlara görə, avtobus sürücüsü Qrodzisk Mazovetskidən Varşavaya gələn qatara fikir verməyib. Qəza nəticəsində avtobusa ciddi ziyan dəyib, 4 sərnişin xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31