ABŞ və Cənubi Koreya hərbi təlimlərə BAŞLADI
19 Avqust 2024 11:57 DünyaABŞ və Cənubi Koreya 19 min hərbçinin iştirakı ilə 10 günlük birgə hərbi təlimlərə başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, avqustun 29-dək davam edəcək və Şimali Koreyanın nüvə təhlükəsinə qarşı müdafiə elementlərinin effektivliyini yoxlamaq məqsədi daşıyacaq manevrlərdə təhlükəyə qarşı effektiv reaksiya verilməsi istiqamətində tapşırıqlar yerinə yetiriləcək.
Bu arada, Cənubi Koreya prezidenti Şimali Koreyanı dünyanın ən qeyri-rasional ölkəsi adlandırıb. O həmçinin bildirib ki, dəyişən geosiyasi vəziyyət fonunda III Dünya müharibəsinin başlanması məsələsi aktualdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31