Daha 5 qaçqın Suriyadakı Rukban düşərgəsini tərk edib - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Suriya hakimiyyəti və Suriyada Müxalif Tərəflərin Barışıq üzrə Rusiya Mərkəzi (Rusiya Müdafiə Nazirliyinin bölməsi) humanitar vəziyyətin fəlakətin astanasında olduğu Əl-Tənf bölgəsindəki Rukban düşərgəsini tərk edən daha beş qaçqına kömək edib. 

Bu barədə mərkəzin rəis müavini Oleq İdnasyuk bildirib.

"ABŞ-ın işğal etdiyi Əl-Tanf bölgəsində yerləşən Rukban qaçqın düşərgəsində vəziyyət əlverişsiz olaraq qalır. Suriya hakimiyyəti və Rusiya Barışıq Mərkəzinin səyləri sayəsində beş qaçqın (bir kişi, bir qadın və üç uşaq) düşərgəni tərk edib" - o, deyib və əlavə etdi ki, Birləşmiş Ştatlar insanların qaçqın düşərgəsini tərk edib evlərinə qayıtmalarına kömək etməkdə tamamilə aciz olduğunu nümayiş etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31