MAQATE rəhbərinin yaxın vaxtlarda Kursk AES-ə səfəri gözlənilir - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın vaxtlarda Kursk Atom Elektrik Stansiyasına baş çəkə bilər.

Bunu Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

"Agentlik özünün son bülletenində Rafael Qrossinin vəziyyəti qiymətləndirmək üçün Kursk AES-ə səfər etməyə hazır olduğunu bir daha bəyan edib. Mövcud həyəcanverici vəziyyəti nəzərə alaraq, düşünürəm ki, bu, tez bir zamanda baş verə bilər", - o, deyib.
Ulyanovun sözlərinə görə, Qrossi Rusiyanın Kursk AES-ə səfər etmək dəvətinə dərhal cavab verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31