Merkuris: “Ukrayna dövlət kimi mövcud olmaq üçün son imkanını itirdi”- ÖZƏL

"Ukrayna Kursk vilayətinə hücumdan sonra müstəqil dövlət kimi mövcud olmaq üçün son imkanını itirdi".

Ukrayna ordusu Kurska niyə girdi? - Zelenski açıqladı

Olaylar.az xəbər verir ki, bu barədə britaniyalı analitik Aleksandr Merkuris özünün YouTube bloqunda bildirib.

Merkuris ukraynalıların lap son həddə olduqları barədə fikir bildirib: "Vəziyyət onlar üçün kritikdir, onların təcili olaraq sülh yolu ilə nizamlanması lazımdır". 

Onun fikrincə, onlar öz hərəkətləri ilə dövləti ən azı hansısa formada saxlaya biləcək danışıqlara başlamaq şansından məhrum edirlər.

Analitik onu da qeyd edib ki, Kiyev Kursk bölgəsinə hücum etməklə potensial danışıqlarda üstünlük əldə etməyə ümid edir. Lakin Ukrayna hökumətinin bu hərəkətləri yalnız münaqişənin sülh yolu ilə həllini müdafiə edən nüfuzlu ölkələrin qəzəbinə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31