Bloomberg: Tullantıların axıdılması qitə üçün yeni siyasi problemə çevrilib- ÖZƏL
19 Avqust 2024 10:43 Dünya"Kanalizasiya və tullantılar Avropanın çay və göllərinə ziyan vurur, insanların xəstələnməsinə səbəb olur və ətraf mühitə ziyan vurur".
Olaylar.az xəbər verir ki, bu məsələ "Bloomberg"in məqaləsində vurğulanır.
Məqalə müəllifi iddia edir ki, tullantıların axıdılması qitə üçün yeni siyasi problemə çevrilib. Qeyd edilir ki, çirklənmə təkcə Sena və Temza çaylarına aid deyil. Məqalədə vurğulanır ki, əksər Avropa şəhərləri hələ də böyük həcmdə məişət və sənaye tullantılarını idarə etmək üçün nəzərdə tutulmayan çoxəsrlik infrastrukturdan istifadə edirlər.
Bu il Avropa İttifaqı otuz illik çirkab suların təmizlənməsi qaydalarına yenidən baxıb. Bununla belə, bir çox ölkələr hüquq normalarına məhəl qoymur. Bildirilir ki, Avropa Komissiyası İtaliya, Yunanıstan və İspaniya ilə Avropa İttifaqının Ədliyyə Məhkəməsində suyun təmizlənməsi standartlarına uyğun gəlmədiyinə görə məhkəmə prosesi aparır.