Türkiyədə yanğınlar: 4 əyalətdən 4 minə yaxın sakin təxliyə edildi
17 Avqust 2024 14:54 DünyaTürkiyə hökuməti bir həftə ərzində meşə yanğınlarından zərər çəkmiş dörd vilayətdən 4 minə yaxın sakini təxliyə edib.
Olaylar xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin İdarə Olunması İdarəsinin (AFAD) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, son bir həftə ərzində ölkə ərazisində 131 kənd təsərrüfatı və meşə yanğını baş verib: "AFAD Fəlakətlərə Cavab Planı çərçivəsində havadan və qurudan dərhal tədbirlər həyata keçirib. Yanğının nəzarət altına alındığı ərazilərdə zərərin qiymətləndirilməsi və bununla bağlı tədbirlər həyata keçirilir".
Bununla əlaqədar İzmirdə 1430, Manisada 1475, Boluda 516, Aydında 550 nəfər təxliyə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31