Səfir Tolçenov: Rusiya səfirliyi İndoneziyanın yeni paytaxtına köçməyə hazırdır- ÖZƏL
17 Avqust 2024 11:14 DünyaRusiyanın İndoneziyadakı səfirliyi ölkənin yeni paytaxtı Nusantaraya köçməyə hazırdır.
Olaylar.az xəbər verir ki, səfir Sergey Tolçenov bu barədə "RİA Novosti" ilə söhbətində danışıb.
"Əlbəttə, Cakartada rəsmi binası və yaşayış kompleksi olan səfirliyimiz üçün köçmək məsələsi çətin və maliyyə baxımından baha başa gələcək. Bununla belə, biz İndoneziya hakimiyyətinin verdiyi tövsiyələr çərçivəsində hərəkət etməyə hazır olacağıq", - deyə diplomat izah edib.
İndoneziya hökuməti metropolun həddindən artıq sıxlığından əziyyət çəkdiyi üçün paytaxtı Cakartadan Nusantaraya köçürmək qərarına gəlib. Bu il dövlətin Müstəqillik Günü yeni paytaxtda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31