Rusiya Sumı bombaladı - yaralılar var
17 Avqust 2024 10:27 DünyaRusiya ordusunun səhər saatlarında Ukraynanın Sumı şəhərinə raket zərbələri nəticəsində ilkin məlumata görə, bir mülki şəxs yaralanıb.
Olaylar bildirir ki, raketlər yaşayış binalarının sıx yerləşdiyi "Svoboda" prospekti ərazisinə düşüb.
Şəhərin Hərbi Administrasiyasının rəhbəri Aleksey Drozdenk bildirib ki, bir neçə avtomobil yanaraq, yararsız hala düşüb. Onun sözlərinə görə, hazırda zərərçəkənlərin sayı dəqiqləşdirilir. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31