ABŞ-də vitse-prezidentliyə namizədin təyyarəsi təcili eniş edib

ABŞ Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Devid Vensin təyyarəsi Miluoki hava limanında təcili eniş edib.

Olaylar-ın məlumatına görə, bu barədə "Daily Beast" portalı xəbər verib.

Məlumata əsasən, təyyarə texniki nasazlığa görə yola düşdükdən sonra geri qayıtmaq məcburiyyətində qalıb.

Bildirilib ki, nasazlıq aradan qaldırıldıqdan sonra təyyarə təhlükəsiz şəkildə Cincinnatiyə (Ohayo ştatı) uçdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31