Qəzza üzrə danışıqlar tezliklə davam etdiriləcək - ABŞ prezidenti
17 Avqust 2024 10:06 DünyaAtəşkəs və Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlar davam etdiriləcək.
Olaylar-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
"Komandalarımız yaxın günlərdə texniki işləri davam etdirmək üçün yerində qalacaqlar və yüksək səviyyəli vəzifəli şəxslər həftənin sonuna qədər Qahirədə yenidən toplanacaqlar", - deyə ABŞ prezidenti qeyd edib.
O bildirib ki, Dohada danışıqlar üzrə komandasından yeni məlumat aldığını və yekun razılaşmanın əldə edilməsi üçün əsas olan bu gün təqdim edilən hərtərəfli müvəqqəti təklifi irəli sürməyini tapşırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31