Ukraynada səfərbərliyə etiraz olaraq hərbi maşınlar yandırılır- ÖZƏL

Ukraynada hərbi maşınların yandırılması hallarına tez-tez rast gəlinir. Belə ki, ölkə əhalisi məcburi səfərbərliyə etiraz edir. 

Olaylar.az xəbər verir ki, bu haqda "Al Mayadeen" yazır.

"Ukraynada polis zabitləri hər gün Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin avtomobillərinin yandırılması barədə məlumat verirlər",-deyə hesabatda qeyd edilir.

Mətndə həmçinin deyilir ki, avtomobillərin yandırılması ən çox Kiyev rejiminin çağırışı altına düşmək istəməyən ukraynalı yeniyetmələr və gənclər tərəfindən həyata keçirilir.

Bir gün əvvəl Ukraynada Ukrayna Silahlı Qüvvələrinə məxsus iki maşının və bir hərbi maşının yandırıldığı bildirilmişdi. İki yanğın hadisəsi Xarkov vilayətində, üçüncüsü isə Odessada baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31