Rusiya MN: Krım körpüsünə atılan 12 raket məhv edilib
16 Avqust 2024 15:31 DünyaRusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Krım körpüsü istiqamətində 12 ədəd ATACMS taktiki raket sistemlərindən istifadə olunmaqla endirilən zərbələri dəf edib.
Olaylar bildirir ki, bu barədə adı çəkilən ölkənin Müdafiə Nazirliyindən bildirilib:
"Gecə ərzində hava hücumundan müdafiə vasitələrindən istifadə olunmaqla, Krım körpüsünə qrup şəklində atılan 12 ədəd ATACMS raketinin hədəfə dəyməsinin qarşısı alınıb. Bütün raketlər məhv edilib". (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31