Ağ Ev Baydenin Kara-Murza ilə görüşdüyünü bildirib- ÖZƏL
16 Avqust 2024 14:22 DünyaOlaylar.az aif.ru-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Rusiya ilə Qərb arasında əsir mübadiləsi nəticəsində azad edilən jurnalist Vladimir Kara-Murza ilə görüşüb.
Bu barədə Ağ Evin mətbuat xidməti görüşdən foto dərc edərək məlumat yayıb.
Fotonun altında "Bu gün ailə yenidən bir yerdədir" deyilir. Digər təfərrüatlar verilməyib.
Avqustun 1-də Ankarada Rusiya Federasiyası, ABŞ, Almaniya, Belarus və Sloveniya arasında böyük məhbus mübadiləsi baş tutub. 13 nəfər, o cümlədən Kara-Murza Almaniyaya, üç nəfər ABŞ-yə gedib. İkisi uşaq olmaqla on nəfər Rusiyaya qayıdıb.
Kara-Murza Rusiyada vətənə xəyanətdə və RF Silahlı Qüvvələri haqqında yalan xəbərlərdə ittiham olunaraq 25 il həbs cəzasına məhkum edilib.
O, Rusiyada xarici agent kimi tanınıb