Başqırdıstanda 71 yaşlı kişi su anbarının açıq su keçidinə düşüb- ÖZƏL

Başqırdıstanın Meleuz rayonunda 71 yaşlı kişi qadağan olunmuş ərazidə üzərkən Nuguş su anbarının açıq su keçidinə düşüb. 

Olaylar.az "Komsomolskaya Pravda-Ufa"ya istinadən xəbər verir ki, bu barədə bölgə Fövqəladə Hallar Nazirliyinin (FHN) regional bölməsi məlumat yayıb. Hal-hazırda kişi axtarılır və axtarış işləri dalğıclar tərəfindən aparılır.

Məlum olub ki, kişi xəbərdarlıq nişanlarına baxmayaraq qadağan olunmuş ərazidə üzüb və axının təsirinə müqavimət göstərə bilməyib.

FHN nümayəndələri əməliyyat-istintaq tədbirlərinin keçirildiyini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31