Tramp prezident kimi qorunacaq – Məxfi Xidmət
16 Avqust 2024 12:35 DünyaABŞ Məxfi Xidməti prezidentliyə namizəd Donald Trampın təhlükəsizliyini gücləndirməyə başlayıb və seçkiqabağı mitinqlərdə onu gülləkeçirməz şüşə ilə əhatə edəcək.
Olaylar xəbər verir ki, bu məlumatı CNN yüksək vəzifəli məmura istinadən yazıb.
Mənbənin sözlərinə görə, təhlükəsizlik tədbirləri arasında agentlərin sayının artırılması və bəzi texnoloji dəyişikliklər var.
Belə tədbir hazırkı dövlət başçılarını qorumaq üçün istifadə edilir, lakin sui-qəsd cəhdindən sonra Xidmət Trampı da bu cür qoruyacaq.
Xatırladaq ki, keçən ay Pensilvaniya ştatınında keçirilən mitinqində Trampa qarşı sui-qəsd cəhdi olub. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31