Rusiya yeni döyüş dronlarını müharibə bölgəsinə göndərdi- ÖZƏL

Rusiya, "Gecə Cadugəri" adlı yeni döyüş dronlarının ilk 50 ədədini müharibə bölgəsinə göndərib. 

Olaylar.az xəbər verir ki, bu barədə "RIA Novosti" xəbər yayıb və dronların istehsalını həyata keçirən "Qroza" şirkətinin nümayəndəsinə istinad edib.

Dronların xüsusiyyətləri haqqında məlumat verən nümayəndə bildirib ki, "Gecə Cadugəri" gecə vaxtı yüksəkdən döyüş sursatları tökmək və uzaq məsafələrə yük, təminat daşınması üçün nəzərdə tutulub. Bu, Ukrayna istehsalı olan "Baba Yaga" dronunun təkmilləşdirilmiş analoqudur və qeyri-adi əlaqə tezliyinə malikdir. Bir "Gecə Cadugəri" dronunun yığılması bir gün çəkir.

Daha əvvəl bildirilmişdi ki, Rusiya əsgərləri mülki dronları hərbi məqsədlər üçün modifikasiya edərək aşkarlama və məhv etməyi öyrəniblər. Bu dronlara "Baba Yaga" da daxildir. Başlanğıcda kənd təsərrüfatında istifadə edilən bu dronlar, indi Ukrayna hərbçiləri tərəfindən döyüş məqsədilə uyğunlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31