Ölkənin ən gənc Baş naziri seçildi
16 Avqust 2024 12:00 DünyaTailandın keçmiş lideri Taksin Çinavatın qızı Petonqtarn Çinavat parlament seçkilərində qalib gələrək ölkənin yeni Baş naziri seçilib.
Olaylar xəbər verir ki, 37 yaşlı Çinavat Tailand tarixində ən gənc baş nazir olub.
Məlumata görə, 500 nəfərdən ibarət Nümayəndələr Palatasında keçirilən seçki zamanı 251 səs toplayıb.
Qeyd edək ki, avqustun 14-də Tailandın Konstitusiya Məhkəməsi Srettha Thavisini Baş nazir postundan uzaqlaşdırıb. O, etik normaları pozmaq işi ilə əlaqədar olaraq vəzifəsindən kənarlaşdırılıb. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31