“Şimal axını”nın təxribatının arxasında Almaniya dayanırsa, Kiyevə silah göndərməməlidir – ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Almaniya parlamentinin üzvü Sahra Vaqenknext hesab edir ki, əgər Ukrayna "Şimal axını" və "Şimal axını 2" boru kəmərlərinin təxribatında iştirak edibsə, Almaniya hökuməti Kiyev hökumətinə hərbi yardımı dərhal dayandırmalıdır.

"Əgər Ukrayna həqiqətən də Şimal axınına hücumda iştirak edibsə, "Svetofor" koalisiyası nəticə çıxarmalı və silah tədarükünü dərhal dayandırmalıdır.

Tamamilə aydındır ki, federal hökumətin təxribat aktını araşdırmaq planları yoxdur və hətta bəzi məlumatları gizlədir" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31