Ukrayna Belqorodu vurdu: dağıntılar var

Ukrayna ordusu PUA-larla Belqorod vilayətinə hücum edib.

Olaylar xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində Qrafovka kəndinə ziyan dəyib:

"Drondan atılan partlayıcı qurğu özəl sektorlardan birinə düşüb. Nəticədə iki avtomobil tamamilə yanıb. Həmçinin iki fərdi evin pəncərələri sınıb, dam örtüyü, fasad və hasarlar dağılıb". (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31