Qərb Rusiyanın Baltik dənizinə çıxışından məhrum etmək istəyir - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının keçmiş katibi və Rusiya prezidentinin milli dəniz siyasəti üzrə köməkçisi Nikolay Patruşev bildirib ki, Qərb ölkələri Rusiyanı Baltik dənizinə çıxışdan məhrum edib, onu NATO-nun "daxili dənizinə" çevirməyə çalışır.

"Qərb Rusiyanı Baltik dənizinə çıxışdan məhrum etməyə, bununla da onu alyansın "daxili dənizinə" çevirməyə çalışır. Bu məqsədə çatmaq üçün NATO-nun yeni üzvləri - İsveç və Finlandiyadan istifadə edir", - o bildirib.
Bundan başqa, Qərb ölkələri "Montrö Konvensiyasını pozaraq NATO üzvlərinin mövcudluğunu artırmağa hazırlaşdıqları Qara dənizdə Rusiyanın məhdudlaşdırılması strategiyasını fəal şəkildə həyata keçirirlər", - Patruşev davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31