Kurskda 2 minə yaxın rus əsgəri əsir düşdü
16 Avqust 2024 10:06 DünyaUkrayna əsgərləri Kursk vilayətində keçirdiyi əməliyyat zamanı 2000-ə yaxın rus əsgərini əsir götürüb.
Olaylar xəbər verir ki, bu barədə "The Independent"ə adı açıqlanmayan ukraynalı polkovnik deyib.
Qeyd olunub ki, Ukrayna hərbçiləri rusiyalı əsgərləri mülki şəxslərlə dəyişməyi planlaşdırır.
"Bu, dəqiq məlumat deyil, lakin foto və videolar Kursk vilayətində çoxlu sayda rusiyalının əsir götürüldüyünü göstərir", - məlumatda bildirilib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini bildirmişdi. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31