Lukaşenko qırmızı xətti göstərdi: Keçilsə, nüvə silahı ilə vurulacaq

Belarus Prezidenti Aleksandr Lukaşenko nüvə silahından istifadənin mümkünlüyündən danışıb.

Olaylar.az teleqraf.com-a istinadən bildirir ki, o, bununla bağlı Qərb ölkələrinə qırmızı xətti göstərib.

Belarus liderinin sözlərinə görə, bu, yalnız ən ekstremal halda mümkündür. Məsələn, Birlik Dövlətinin (Rusiya-Belarus) sərhədləri keçilərsə.

"Burada taktiki nüvə silahları meydana çıxanda mən onlara (Qərb ölkələri - red.) birbaşa söylədim ki, siz bizim dövlət sərhədimizə ayaq basmayınca, biz heç bir silahdan istifadə etməyəcəyik. Bu, həm də bizim Birlik Dövlətimizin sərhədinə aiddir", - Lukaşenko vurğulayıb.

Prezident əlavə edib ki, Qərbdə onu "pis" adlandırırlar və nədənsə onun Rusiyanın Belarus ərazisində yerləşdirdiyi taktiki nüvə silahlarından "mütləq" istifadə edəcəyinə əmindirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31