Rusiya Daxili İşlər Nazirliyinin sıralarında böyük kadr çatışmazlığı- ÖZƏL

Olaylar.az aif.ru-ya istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin rəis müavini Vladimir Kubışko Daxili İşlər Nazirliyinin sıralarında böyük kadr çatışmazlığı olduğunu açıqlayıb. Kadr problemi xüsusilə regionlarda kəskin şəkildə özünü göstərir.

Vladimir Kubışko X Vserossiya Gənclik Təhsil Forumunda "Fikir Meydanı" tədbirində bildirib ki, bölgə idarələrini ziyarət edərkən "12 əməliyyat müfəttişindən yalnız dördü, lazım olan səkkiz istintaqçının yalnız ikisi, 40 məhəlli müfəttişdən isə altısı"nın işlədiyini aşkar ediblər.

"Bu gün çox böyük çatışmazlıq var. Amma çalışan hər kəs öz tapşırığını fədakarlıqla yerinə yetirir", - deyə Rusiya Daxili İşlər Nazirliyinin rəis müavini qeyd edib.

Bundan əvvəl Vladimir Kubışko Ukraynadan olan fırıldaqçıların ona zəng etməsindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31