İranda yük maşını 11 maşını əzdi: ölü və yaralılar var
15 Avqust 2024 13:17 DünyaBu gün Tehranın Estəxr küçəsində daş daşıyan qoşqu 11 avtomobillə toqquşub.
Olaylar.az bildirir ki, bu barədə İRNA məlumat yayıb.
Tehran Bələdiyyəsinin Yanğından Mühafizə və Təhlükəsizlik Xidməti İdarəsinin sözçüsü Cəlal Maliki bildirib ki, qəza səhər saat 07:25 radələrində baş verib.
Qəza nəticəsində 4 nəfər ağır yaralanıb, 1 qadın isə həyatını itirib. Yaralılardan 3-ü kişi, 1-i isə üç yaşlı qız uşağıdır.
Qəzanın səbəbləri araşdırılır. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31