Türkiyə GÖKDƏMİR-i təqdim etdi - Video

Türkiyənin ASELSAN şirkəti GÖKDƏMİR orta mənzilli zenit-raket kompleksinin sınaqdan keçirildiyi görüntülərini yayıb.

Olaylar xəbər verir ki, GÖKDƏMİR Türkiyənin laylı hava hücumundan müdafiə sistemi "Dəmir Günbəz"in ən mühüm elementlərindən biri sayıla bilər.

GÖKDƏMİR kompleksində TÜBİTAK-SAGE tərəfindən hazırlanmış GÖKDOĞAN hava-hava raketlərindən istifadə olunacaq. Sistem orta hündürlükdə hava hücumundan müdafiədə iştirak edəcək.

Kompleks ilk dəfə İDEF 2023 sərgisində nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31