Polşa “Şimal axını” partlayışlarının araşdırılmasına kömək etmir – ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Polşa hakimiyyəti ilk gündən "Şimal axını" qaz kəmərini sarsıdan partlayışlarla bağlı təhqiqatla əməkdaşlıq etmək istəmir.

"Sueddeutsche Zeitung" yazır ki, Varşava "Şimal axını" məsələsinin həllinə az maraq göstərib. Alman müstəntiqləri hesab edir ki, Polşa hakimiyyəti "əvvəldən əməkdaşlığa hazır deyildi". Hazırda Almaniyanın araşdırmasının mərkəzində olan Andromeda yaxtasının 19-20 sentyabr 2022-ci il tarixlərində lövbər saldığı Polşanın Kolobrzeq şəhərinin limanında çəkilmiş kadrlar yəqin ki, silinib. Qəzet qeyd edir ki, müstəntiqlər bəzən Polşanın araşdırmaya qəsdən əngəl törətdiyini hiss edirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31