Rusiya Xarici İşlər Nazirliyi Ukrayna ilə danışıqların mümkünlüyünü qiymətləndirib- ÖZƏL

Kiyev Kursk bölgəsinə hücumları ilə Moskva ilə sülh danışıqları mövzusunu uzunmüddətli fasiləyə qoyub. 

Olaylar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi çıxış edib.

Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinin xarici siyasət rəhbəri Van Yi ilə söhbətində Kiyevin Moskva ilə danışıqlara hazır olduğunu bildirmişdi. Bundan bir qədər əvvəl Ukrayna prezidenti Vladimir Zelenski gözlənilmədən eyni danışıqlar aparmaq istəyini açıqladı və referendumun keçirilməsinin mümkünlüyünə də işarə edib. Lakin sonradan Kiyev hakimiyyəti müqavilələrlə bağlı getdikcə əks fikir bildirməyə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31