“Əhməd” komandiri Kursk döyüşündən danışdı: “Qırırıq…”

Kursk vilayətində vəziyyət Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır, hazırda Rusiya ərazisinə daxil olan Ukrayna Silahlı Qüvvələrinin blokadası tamamlanır.

Olaylar xəbər verir ki, bu barədə TASS-a "Əhməd" xüsusi təyinatlı qüvvələrinin komandiri general-mayor Aptı Alaudinov deyib.

"Vəziyyət nəzarət altındadır, biz Kursk vilayətinin ərazisinə daxil olan qüvvələrin və vasitələrin blokadasını başa çatdırırıq və yavaş-yavaş, necə deyərlər, mövcud boşluqları dolduruq", - o bildirib.

Alaudinov əlavə edib ki, Rusiya qüvvələri ilk andan düşməni məhv etməklə məşğuldur:

"Hazırda düşmən həqiqətən də həm texnika, həm də canlı qüvvə baxımından çox ağır itkilər verir".

Qeyd edək ki, Ukrayna ordusu bu gün Kurskda daha iki kəndi ələ keçirib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31